Əsas » 2018 » Yanvar » 4 » Trampın saçı, çarpayısı, bağlanan qapı və BÖYÜK QALMAQAL - FOTO
12:19
Trampın saçı, çarpayısı, bağlanan qapı və BÖYÜK QALMAQAL - FOTO

ABŞ prezidenti Donald Tramp strateji məsələlər üzrə sabiq müşaviri Stiv Bennonu sərt tənqid edib. Səbəb Maykl Vulfun  "Fire and Fury: Inside the Trump White House" ("Alov və qəzəb: Trampın Ağ Evinin içində") adlı kitabında yer almış açıqlamalardır.

S.Bennon bildirib ki, ABŞ-da prezident seçkiləri ərəfəsində D.Trampın oğlu və yaxın adamları rusiyalı vəkil Natalya Veselnikova ilə görüşüblər. Həmin görüşdə D.Trampın adamlarında prezident seçkilərində rəqib olan Hillari Klintonla bağlı kompromat materiallar verilib.

Xebrvar.biz milli.az -a istinadən bildirir ki, bu görüş Konqreslə yanaşı, ABŞ-dakı prezident seçkilərinə Rusiyanın müdaxiləsini araşdıran xüsusi prokuror Robert Müllerin xüsusi diqqətini cəlb edib.

Bennon onu da söyləyib ki, Müllerin təhqiqatı, əsasən, Trampın seçki qərargahının mümkün maliyyə fırıldaqlarının sübutları ilə bağlı olacaq.

Ultra-mühafizəkar mövqelərdən çıxış edən "Breitbart News Network LLC"in rəhbəri, məşhur jurnalist və siyasətçi Stiv Benon ABŞ prezidentinin yaşamının və fəaliyyətinin indiyədək qapalı saxlanan yönləri ilə bağlı iddialarını yazıb.

"Stiv Bennonun iddialarının nə mənə, nə də prezidentliyimə dəxli yoxdur. Onu işdən qovandan sonra tək işini yox, ağlını da itirib. Stiv çox nadir hallarda mənimlə təkbətək görüşürdü. O, insanları aldadır, güya hansısa nüfuz sahibi olduğunu göstərirdi", - Donald Tramp Twitter-dəki profilində yazıb.

Daha sonra D.Tramp sabiq müşavirini Ağ Ev administrasiyasının fəaliyyəti ilə bağlı məlumatların mediaya sızdırmaqda suçlayıb.

Birləşmiş Ştatlarda ən böyük sağçı-mühafizəkar sayt olan "Breitbart"un baş redaktoru barədə D.Tramp belə yazıb: "Stiv indi mənim seçcilərimin maraqlarını yox, yalnız öz mənafeyini təmsil edir".

"Breitbart News" saytının baş redaktoru Stiv Bennon irqçi, şovinist və antisemit mövqeləri ilə tanınır. O, D, Trampın seçki kampaniyasının baş strateqi olub, sonra isə ABŞ prezidentinin strateji və siyasi məsələlər üzrə baş müşaviri təyin edilib.

Avqustun 18-də isə o, vəzifəsindən kənarlaşdırılıb.

"Fire and Fury: Inside the Trump White House" kitabındda Markus Vulf yazır ki, Donald Trampın qızı İvanka Trampın rəfiqələrinə dediyinə görə, atası başına saç əkdirib və saçlarını sürəkli olaraq boyatdırır: "Atamın artıq 71 yaşı var və təbii ki, saçları ağarıb. Amma atam saçlarını boyatdırır".

Markus Vulf onu da iddia edir ki, Donald Trampla xanımı Melaniyanın yataq otaqları ayrıdır: onlar bir-birindən uzaq otaqlarda yatırlar.

Kateqoriya: Siyasət | Baxış Sayı: 160 | | Reytinq: 0.0/0
...

XƏBƏRƏ REAKSİYA BİLDİRİN

Похожее изображение------------>İNSTAGRAM SƏHİFƏMİZİ İZLƏYİN<-------------Похожее изображение

Facebook Sehifemizi Beyenin

Widget is loading comments...
...
uCoz