Əsas » 2018 » Yanvar » 7 » Şah İsmayıl Xətai haqqında mübahisəli faktlar: Öz anasını öldürübmü? – FOTO
23:07
Şah İsmayıl Xətai haqqında mübahisəli faktlar: Öz anasını öldürübmü? – FOTO

Deyilənə görə onun 11 təxəllüsü olub.

Marks və Engelsin arxivində onun “işğalçı hökmdar” olduğu, 14 dövləti zəbt etdiyi barədə qeyd var.
 

İngilis filosofu Frensis Bekon onu “İran şahı” adlandırmışdı.

 

Amma o, tarixdə yalnız bir adla qaldı. Şah İsmayıl Xətai adıyla. O, 14 dövləti zəbt etməsəydi, onun torpaqları işğal olunacaqdı. Tarixi şərait bunu diktə edirdi: əzməsəydi, əziləcəkdi.Xebervar.az media24.az a isdinaden .

 

Həm də bu “işğalçı hökmdar”ın kim olduğu, nələr etdiyi, tarixdə nə kimi rol oynadığı da gərək nəzərdən qaçmasın. Şərqdə Çingiz, Batı, Teymur geniş işğalçılıqları ilə tanınmamışdılar? Amma hər biri böyük dövlət yaratmışdı.
Şah İsmayıl Xətai haqqında mübahisəli faktlar: Öz anasını öldürübmü?

Rusiyada işğalçı hökmdarların adı bu gün böyük qürur hissiylə çəkilir.

 

İvan Qroznı Qazan və Həştərxan xanlıqlarını, Sibirin bir çox torpaqlarını tutmamışdımı? I Pyotr azmı yerləri işğal etmişdi? I Aleksandr Gürcüstanı, Azərbaycanı, Finlandiyanı, Bessarabiyanı, Varşava hersoqluğunu tutdu.

Şah İsmayıl Xətai haqqında mübahisəli faktlar: Öz anasını öldürübmü?

İndi yunanlar İsgəndərlə, italyanlar Sezarla, monqollar Çingizlə, özbəklər Teymurla, fransızlar Napoleonla öyünmürlərmi? Onların törətdikləri qırğınların miqyası Şah İsmayılın etdiklərindən qat-qat artıq olub. 
Bekon nədənsə səhvə yol vermişdi. Şah İsmayıl İran şahı deyildi, Səfəvi hökmdarıydı.

Bəzi mənbələrdə İrəvan şəhərinin adını orta əsrlərdə yaşamış Rəvanqulu xanın adıyla əlaqələndirirlər.

Şah İsmayıl Xətai haqqında mübahisəli faktlar: Öz anasını öldürübmü?

1510-cu illərdə Şah İsmayıl öz vəziri Rəvanqulu xana həmin yerdə qala tikməyi tapşırır. Rəvanqulu xan burada 7 il ərzində bir qala tikdirir və qalaya Rəvan adı verir. Bu qala Zəngin çayının sahilində yerləşirdi. Rəvanın sonradan İrəvana çevrilməsi də maraq doğurur. İndinin özündə də bizdə bəzi adların əvvəlinə i hərfini artırırlar, yəni düzgün tələffüz edilməyən bəzi adlar istər-istəməz i hərfini qəbul etməli olur. Məsələn, Rza- İrza, Rəşid –İrəşid və s. Bu ad XX əsrin ortalarına kimi İrəvan kimi işlənirdi. Yalnız 1936-cı ildə Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin qərarı ilə İrəvanın adı dəyişdirilərək Yerevanla əvəz olunub.

Bütün bu faktlara əsaslanıb deyə bilərik ki, İrəvan şəhərinin bünövrəsi 1510-cu ildə Şah İsmayıl tərəfindən qoyulub və onun vəzirinin adını daşıyır.

15 yaşında onu hakimiyyətə aparan yolun sonunda ölümcül və rüsvayçı məğlubiyyət dayanırdı. 14 zəfərə imza atdı, amma səhvlərinin miqyası bu qələbələrdən qat-qat geniş idi...

Şah İsmayıl Xətai haqqında mübahisəli faktlar: Öz anasını öldürübmü?

Bu səhvlər haqda danışacağıq. Amma bir məqama diqqəti çəkək. Azərbaycan tamaşaçılarının əksəriyyəti “Möhtəşəm yüzyıl” serialını izləyirdi. Xatırlayırsınızsa, filmin ötən seriallarından birində Şah İsmayıl təhqir olunmuşdu. Saray toplantılarından birində Şah İsmayıl yaltaq kimi qələmə verilirdi. Guya Şah İsmayıl Sultan Səlimə yaltaqlıqla dolu məktub yazıb. Halbuki İskəndər Palanın “Şah və Sultan” romanında Şah İsmayılın Sultan Səlimə yazdığı məktubların kifayət qədər sərt, hətta bəzi hallarda təhqiramiz tonda yazıldığı qeyd olunur və həmin məktublardan nümunələr verilir. Romanı oxuyanlar yəqin ki, həmin yazışmalarla tanışdır. XVI əsrin diplomatik yazı tərzində yazılmış bu məktublar geniş araşdırma mövzusu ola bilər.
 

Şah İsmayıl Xətai haqqında mübahisəli faktlar: Öz anasını öldürübmü?

Bu məktublarda Sultan Səlim sünniliyi, Şah İsmayıl isə şiəliyi kəskin müdafiə və təbliğ edirdilər. Beləliklə, daim islam birliyinə qarşı çıxan xristian hökmdarların dəyirmanına su tökür, özləri də hiss etmədən bir-birlərini zəiflədirdilər.

Serialda Şah İsmayıl şah kimi deyil, əmir kimi təqdim olunur. İraqın yarısı, Türkiyənin bir hissəsi, Ermənistan və Dərbəndə kimi bütün ərazilər onun hakimiyyəti altında idi. Bu qədər əraziyə sahib olan bir şəxs əmir ola bilərdimi?
Şah İsmayıl Xətai haqqında mübahisəli faktlar: Öz anasını öldürübmü?

İsgəndər Palanın romanında da Şah İsmayıl qəddar, qaniçən, öz anasını öldürtdürən, sünniləri qaynar yağ qazanına atan bir müstəbid kimi təsvir olunur. Şah İsmayılın məhz bu səhvindən indi də özünə qarşı istifadə olunur.
Şah İsmayılın ana babası Uzun Həsənin hakimiyyəti dövründə sünnilik geniş yayılmışdı, bu məzhəb rəsmən qəbul olunmuşdu. Ancaq şiələr sıxışdırılmırdı. Əksinə, Uzun Həsən hər iki məzhəbə qulluq edənləri birləşdirməyə çalışırdı. O, öz qızı Martanı şiəliyi təbliğ edən Səfəvilərin başçısı Şeyx Heydərə vermişdi. Şərqdə Aləmşahbəyim kimi tanınan bu qadın Şah İsmayılın anası idi. Məhz bu qadın dəfələrlə sarayda oğlunun sünnilərə qarşı genosidinə qarşı çıxmışdı və onu bu dəhşətli fikirdən daşındırmağa çalışmışdı. İslam dünyasını bir məzhəbdə birləşdirmək istəyi onun ən dəhşətli səhvi idi. Amma Şah İsmayıl şiə təriqətinin bərqərar olması naminə anasını da qurban vermişdi... Buna və digər səhvlərinə görə tarix Şah İsmayılı heç vaxt bağışlamayacaq...

Mənbə: Şah İsmayıl Niyə Anasını Öldürtdü?

Əlavələr 1: Çaldıran döyüşünü qazanmaq üçün fürsət varkən "Mən karvanbasan quldur deyiləm, qoy, Allahın bildiyi kimi olsun!" - deyib hücum etmədiyi üçün dərin bir məğlubiyyətlə üzləşdi.
 

Şah İsmayıl Xətai haqqında mübahisəli faktlar: Öz anasını öldürübmü?

2: Şah İsmayıl Osmanlıda yeni hakimiyyətə gəlmiş Sultan Səlimə hədiyyə kimi nəcis göndərir. Sultan Səlim isə əvəzində Şah İsmayıla lokum göndərərək "hərə öz yediyindən təklif edir" deyir.

Şah İsmayıl Xətai haqqında mübahisəli faktlar: Öz anasını öldürübmü?

3: Türk tarixi mənbələrində Çaldıran Döyüşü gedən zaman Şah İsmayılın meşədə bildirçin ovlaması faktı yer alır.

Şah İsmayıl Xətai haqqında mübahisəli faktlar: Öz anasını öldürübmü?

4: Döyüşdə yaralanaraq Şah İsmayılın bir oyuqda gizlədilməsi və bu səbəbdən onun paltarından geyinən başqa bir adamın Osmanlı tərəfindən əsir alınması faktı da var.
 

Şah İsmayıl Xətai haqqında mübahisəli faktlar: Öz anasını öldürübmü?


QEYD: Bu faktların əksəriyyəti mübahisəlidir və türk tarixçiləri tərəfindən irəli sürüldüyü iddia olunur. Azərbaycan tarixi qaynaqlarını araşdırdıqda bu tipli faktlara rast gəlinmir

Kateqoriya: Maraqlı | Baxış Sayı: 345 | | Reytinq: 0.0/0
...

XƏBƏRƏ REAKSİYA BİLDİRİN

Похожее изображение------------>İNSTAGRAM SƏHİFƏMİZİ İZLƏYİN<-------------Похожее изображение

Facebook Sehifemizi Beyenin

Widget is loading comments...
...
uCoz