Əsas » 2018 » Yanvar » 3 » Rusiyadan Azərbaycana 2 aviareys dayandırıldı
13:06
Rusiyadan Azərbaycana 2 aviareys dayandırıldı

Rusiya Hava Nəqliyyatı Federal Agentliyi "VİM-Avia" aviaşirkətinin Azərbaycana uçuşlar həyata keçirmək icazəsini ləğv edib.

Xebervar.Biz Trend-ə istinadən bildirir ki, bu barədə agentliyin Beynəlxalq daşımalara icazə üzrə qurumlararası komissiyasının protokolunda qeyd olunub.

Protokolda bildirilir ki, şirkətin həyata keçirdiyi Sankt-Peterburq - Qəbələ və Jukovski - Gəncə reyslərinə icazə ləğv edilib.

Bu qərara daşıyıcı tərəfindən uçuşların müəyyən edilmiş müddət ərzində həyata keçirilməməsi səbəb olub.

Qeyd edək ki, "VİM-Avia" ötən ilin oktyabrında borcları ilə əlaqədar olaraq bütün uçuşları dayandırmışdı

Kateqoriya: Gündəm | Baxış Sayı: 222 | | Reytinq: 0.0/0
...

XƏBƏRƏ REAKSİYA BİLDİRİN

Похожее изображение------------>İNSTAGRAM SƏHİFƏMİZİ İZLƏYİN<-------------Похожее изображение

Facebook Sehifemizi Beyenin

Widget is loading comments...
...
uCoz