Əsas » 2018 » Yanvar » 18 » Pərvinlə Tunayın məhkəməsi başlayıb
11:48
Pərvinlə Tunayın məhkəməsi başlayıb

Pərvinlə Tunayın məhkəməsi başlayıb

Səbail Rayon Məhkəməsində Türkiyədə yaşayan aktrisa Tunay Əliyeva ilə həmkarı Pərvin Abıyeva arasında qaldırılmış qarşılıqlı iddialar əsasında məhkəmə iclası başlayıb.

Xebervar.biz axşam.az-ın məlumatına esasen bu barədə "Report"a T.Əliyevanın vəkili Adəm Məmmədov deyib.

Onun sözlərinə görə, hakim Nurəddin Bağırovun sədrliyi ilə keçirilən prosesdə hər iki tərəf qarşılıqlı iddia qaldırıb. 

Vəkil bildirib ki, aktrisa P.Abıyeva müvəkkili T.Əliyeva barəsində kütləvi informasiya vasitələrində həqiqətə uyğun olmayan və böhtan xarakterli ifadələr işlətdiyinə görə, ondan 100 min manat təzminat tələb edirlər: "Həmçinin, Pərvin Abıyevanın işlətdiyi sözləri qanunsuz hesab edirik və onun həmin sözləri təkzib etməsini istəyirik".

Daha sonra iclasda P.Abıyevanın vəkili Ceyhun Yusifov da çıxış edib. Müdafiəçi də müvəkkilinin şərəf və ləyaqətinin alçaldığını deyərək məhkəmədə 200 min manatlıq iddia qaldırdığını elan edib.

Məhkəmə hər iki iddianı icraata götürüb.

Növbəti proses fevralın 8-nə təyin edilib.

Qeyd edək ki, T.Əliyeva sosial şəbəkədə P.Abıyevanı dəfələrlə tənqid edib, onunla bağlı müəyyən ifadələr yazıb. O, mətbuata verdiyi açıqlamasında həmkarını “1000 manatlıq fahişə” adlandırıb.

P.Abıyeva isə instaqram səhifəsində T.Əliyevaya cavab olaraq onun pul qarşılığında oğlanlarla görüşdüyünü iddia edib. Daha sonra hər iki tərəf məhkəməyə müraciət edib.

Kateqoriya: Şou Biznes | Baxış Sayı: 111 | | Reytinq: 0.0/0
...

XƏBƏRƏ REAKSİYA BİLDİRİN

Похожее изображение------------>İNSTAGRAM SƏHİFƏMİZİ İZLƏYİN<-------------Похожее изображение

Facebook Sehifemizi Beyenin

Widget is loading comments...
...
uCoz