Əsas » 2018 » Yanvar » 13 » Lənkəranda qadın və qızı döyülüb - FOTO
20:27
Lənkəranda qadın və qızı döyülüb - FOTO

Lənkəran rayonunda qadın və onun qızı döyülüb.

Xebervar.biz "Report"a istinadən bildirir ki, hadisə rayonun Liman şəhəri ərazisində baş verib.
Orada yaşayan 1949-cu il təvəllüdlü Qarayeva Humay müxtəlif bədən xəsarətləri ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Bir qədər sonra isə xəstəxanaya bədənində müxtəlif xəsarətlər olan 1972-ci il təvəllüdlü Miriyeva Samirə adlı qadın da gətirilib. S.Miriyevanın Humay Qarayevanın qızı olduğu bildirilib.
İlkin məlumata görə, onları naməlum şəxs döyüb. Ana və qızına qapalı kəllə-beyin travması diaqnozu qoyulub. Həkimlər onların vəziyyətini orta-ağır kimi qiymətləndiriblər.  
Faktla bağlı araşdırma aparılır.

Kateqoriya: Gündəm | Baxış Sayı: 69 | | Reytinq: 0.0/0
...

XƏBƏRƏ REAKSİYA BİLDİRİN

Похожее изображение------------>İNSTAGRAM SƏHİFƏMİZİ İZLƏYİN<-------------Похожее изображение

Facebook Sehifemizi Beyenin

Widget is loading comments...
...
uCoz