Əsas » 2018 » Yanvar » 16 » Kardioloqlar ürək üçün ən faydalı yağı təyin ediblər
00:19
Kardioloqlar ürək üçün ən faydalı yağı təyin ediblər

Kardioloqlar ürək üçün ən faydalı yağı təyin ediblərKembric Universiteti (Böyük Britaniya) alimləri araşdırma nəticəsində ürək üçün ən faydalı yağı təyin ediblər.

Xebervar.biz The Deccan Chronicle istinadla xəbər verir ki, alimlərin fikrinə görə, 4 həftə ərzində kokos yağını istehlak edən insanda ürək xəstəlikləri və insultun riski azalır.

Araşdırmada yaşı 50-dən 75 qədər olan 94 insan iştirak edib. İştirakçıları 3 qrupa bölüblər. Qruplardan birinə hər gün 3 x.q. zeytun, digər qrupa kokos, üçüncü qrupa isə kərə yağını istehlak etməyi tövsiyə ediblər.

4 həftədən sonra zeytun yağını istehlak edən qrupda "pis" xolesterolun səviyyəsi bir qədər azalıb, "yaxşı" xolesterolun səviyyəsi isə 5% artıb.

Kokos yağı istehlak edən iştirakçılarda yaxşı xolesterolun səviyyəsi 15% artıb ki, bu da ürək-damar xəstəliklərinin, infarkt və insultun riskinin xeyli azalması deməkdir.

Kərə yağının istehlakı isə müsbət nəticələr göstərməyib.

Kateqoriya: Maraqlı | Baxış Sayı: 156 | | Reytinq: 0.0/0
...

XƏBƏRƏ REAKSİYA BİLDİRİN

Похожее изображение------------>İNSTAGRAM SƏHİFƏMİZİ İZLƏYİN<-------------Похожее изображение

Facebook Sehifemizi Beyenin

Widget is loading comments...
...
uCoz