Əsas » 2018 » Yanvar » 5 » İdmançı Kamil Zeynallı və xanım jurnalistin məhkəməsi başa çatdı
18:07
İdmançı Kamil Zeynallı və xanım jurnalistin məhkəməsi başa çatdı

Ali Məhkəmədə idmançı Kamil Zeynallı və jurnalist Əfruzə Ağayeva arasındakı çəkişməli məhkəmə prosesi başa çatıb.

Xebervar.biz  Oxu.Az-ın xəbərinə isdinaden , bu barədə Kamil Zeynallının vəkili Asif Abdullayev özünün “Facebook” səhifəsində məlumat verib.

Vəkil qeyd edib ki, Ali Məhkəmə Apellyasiya Məhkəməsinin qətnaməsini dəyişdirmədən saxlayıb:

“Məhkəmənin qərarına əsasən, Əfruzə Ağayeva Kamil Zeynallıdan üzr istəməli və ona 1000 manat məbləğində təzminat ödəməli, eyni zamanda, Kamil Zeynallı təkzib verməli və Əfruzə Ağayevaya 1000 manat təzminat ödəməli olacaq”.

Xatırladaq ki, idmançı K.Zeynallı aparıcı Şəbnəm Hüseynovanı sosial şəbəkələrdə küçə söyüşləri ilə təhqir etmişdi. Ş. Hüseynova isə sosial şəbəkədə “Kamilin söydüyü söyüşlər onun nəslindəki qadınlara getsin” cavabı yazmışdı.

Jurnalist Ə.Ağayeva həmin statusu xəbər kimi hazırlamış, bundan sonra K.Zeynallı Ə. Ağayevanı da küçə söyüşləri ilə təhqir etmişdi.

Əfruzə Ağayeva Kamil Zeynallıya qarşı iddia qaldıraraq, dəyən mənəvi ziyana görə 50 min manat ödəməsini və “Instagram”da təkzib verilməsini istəmişdi. Kamil Zeynallı qarşılıqlı iddia qaldıraraq qərəzli material hazırladığı üçün jurnalistdən dəyən mənəvi ziyana görə 100 min manat ödəməsini və ondan üzr istəməsini tələb etmişdi.
 

Baxış Sayı: 53 | | Reytinq: 0.0/0
...

XƏBƏRƏ REAKSİYA BİLDİRİN

Похожее изображение------------>İNSTAGRAM SƏHİFƏMİZİ İZLƏYİN<-------------Похожее изображение

Facebook Sehifemizi Beyenin

Widget is loading comments...
...
uCoz