Əsas » 2018 » Yanvar » 18 » Fuad Əlişovun keçmiş xanımı ondan görün nə səbəbə ayrılıbmış
11:57
Fuad Əlişovun keçmiş xanımı ondan görün nə səbəbə ayrılıbmış

Fuad Əlişovun keçmiş xanımı ondan görün nə səbəbə ayrılıbmışBir vaxtlar hər kəs bu cütlüyə həsəd aparırdı. Sonra elə bil gözə gəldilər. Üç gözəl övladlarını da gözə almadan boşanmağa qərar verdilər. Bu xoşbəxt evliliyin xəyanət üstündə dağıldığını iddia edənlər də oldu. Söhbət rejissor Fuad Əlişovla xanımı Sevinc Əliyevadan gedir.

Tədbirlərin birində fotokameramıza tuş gələn aktrisanın  Xebervar.biz  Yenicag.az-a isdinaden  müsahibəsini təqdim edirik. Aktrisa keçmiş həyat yoldaşı ilə münasibətlərinə də aydınlıq gətirib.

– Uzun fasilədən sonra, artıq seriallarda çəkilirsən.

– Bunu bir qayıdış kimi qəbul etmək olar.

– Niyə bu qədər fasilə verdin?

– Yox, əkizlər dünyaya gəldi və vaxtımı onlara həsr etdim. Sonra üçüncü oğlum dünyaya gəldi və yenə də evdə oturub, uşaqlara baxası oldum. Təvazökarlıqdan uzaq olsa da, uşaqlar böyüdükcə, artıq mənə bir aktrisa kimi ehtiyac duyulduğunu hiss etdim.

– Elə bildik Fuad sənin yaradıcılıqla məşğul olmağına mane olub…

– Yox, əksinə Fuad həmişə mənə yaradıcılıqda dəstək olub.

– Boşanmağınız çoxları üçün gözlənilməz oldu…

– Bu həyatdır, hər şey ola bilər. Qismət beləymiş.

– Yenidən barışmağınız mümkün deyil?

– Biz Fuadla düşmən deyilik, uşaqlarımız var və onlar çox xoşbəxtdir. Hər şey yaxşıdır. Biz uşaqlarımıza bir yerdə valideynlik edirik.

– Bir-birinizə çox yaraşırdınız. Ayrılıq çətin olmadı ki?

– Zaman asta-asta olsa da kömək edir.

– Depressiyaya düşdünmü?

– İstəmirəm bu barədə danışım.

– Fuad açıqlamalarında boşanmağınızda səni günahkar hesab etmişdi…

– O əgər belə hesab edirsə, canı sağ olsun, heç nə deyə bilmərəm.

– Deyilənə görə, boşanmağınıza Fuadın sənə xəyanəti səbəb olub, doğrudur?

– Bu sualı cavablandırmaq istəmirəm. Qismətə bağlayıram və heç kəs deyə bilməz ki, sabah başına nə iş gələcək.

– Xəyanətlə bağlı gəzən söz-söhbətlərə birdəfəlik nöqtə qoysaydın, daha yaxşı olardı…

– Heç kəs heç kəsə xəyanət etməmişdi.

– Bəs səbəbi niyə bu qədər məxfi saxlayırsan?

– Ailəm haqqında heç vaxt danışmamışam, danışmaq da istəmirəm. Şəxsi həyatımı, ailəmi, uşaqlarımı gündəmə gətirmək istəmirəm.

– Bir neçə ay əvvəl, Fuadın özündən xeyli gənc bir model qızla əl-ələ fotoları yayıldı. Film təqdimatlarının birinə qoşa qatılmışdılar.

– Tam normal yanaşıram, problem yoxdur.

– Evlənsə, bunu necə qarşılayacaqsan?

– Fuad yaraşıqlı kişi, yaxşı insan, gözəl atadır. O necə istəyirsə, elə də qərar verib, həyatını qura bilər. Mən onun üçün çox sevinərəm. Çox istərdim ki, ikimizin də həyatında hər şey yaxşı olsun.

– Yaraşıqlı kişi, yaxşı insan, gözəl atanı niyə bəs əlindən verdin?

– Qismət.

– Boşandığınıza görə peşmansan?

– Fuadla nə ailə qurduğuma, nə də ayrıldığıma görə peşman deyiləm. Çünki üç gözəl övladımız var.

– İkinci dəfə ailə qurmağı düşünərsənmi?

– Qismətə bağlıdır, bu dəqiqə bu barədə heç nə deyə bilmərəm. İndiki halda ailə qurmağı düşünmürəm.

Kateqoriya: Şou Biznes | Baxış Sayı: 349 | | Reytinq: 0.0/0
...

XƏBƏRƏ REAKSİYA BİLDİRİN

Похожее изображение------------>İNSTAGRAM SƏHİFƏMİZİ İZLƏYİN<-------------Похожее изображение

Facebook Sehifemizi Beyenin

Widget is loading comments...
...
uCoz