Əsas » 2018 » Yanvar » 10 » Filmlərdəki bu səhnələr hamımızı aldadıb – 12 FAKT
14:30
Filmlərdəki bu səhnələr hamımızı aldadıb – 12 FAKT

 

Xebervar.biz  klis.aza isdinaden məşhur filmlərdə göstərilən, lakin reallıqla üst-üstə düşməyən 12 faktı təqdim edir.

 

Mif: Xloform insanı həmin bir neçə saatlığa yatızdıra bilər.

Həqiqət: Bir insanın özündən getməsi üçün xloformu ən azı 5 dəqiqə qoxlaması lazımdır. Belə olmayanda insanın özündən getməsi qeyri-mümkündür.

 

 

Mif: Qumbaranın fitilini ən dramatik yerdə dişlərinlə çıxarmaq.

Həqiqət: Əgər insan dişləri ilə qumbaranın fitilini çıxarmaq istəsə dişsiz qalardı.

 

 

Mif: İtmiş adamın axtarışını polisə bildirmək üçün 24 saat gözləməlisən.

Həqiqət: Əgər siz yaxın birinizi tapa bilmirsizsə, ciddi şübhələriniz varsa, dərhal polisə müraciət etməlisiniz.

 

 

Mif: Asteroidlər kosmosda sıxılmış halda hərəkət edirlər.

Həqiqət: Əslində isə asteroidlərin arasında kilometrlərlə vakuum var.

 

 

Mif: Filmdə baş qəhrəmanın iki silahla atəş açması çox cəlbedici görünür.

Həqiqət: Əslində iki əllə silahdan nişan almaq haradasa mümkün deyil.

 

 

Mif: Boğulan insanlar bərkdən qışqırır və əllərini lap yuxarı qaldırırlar.

Həqiqət: Əslində isə boğulan insanları görmək çox çətinindir.

 

 

Mif: Məhkəmə ekspertizası tezliklə bütün cavabları tapır və hətta cinayəti belə ortaya çıxarır.

Həqiqət: Məhkəmə ekspertizası yalnız sübut tapmağa kömək edir.

 

 

Mif: Səsboğucu silah tamam səssiz olur.

Həqiqət: Doğrudur, səsboğucu silahdan səs-küyü yatırır, amma yenə də silahdan səs gəlir.

 

 

Mif: Bir güllə ilə kilidi açmaq.

Həqiqət: Balaca bir güllənin böyük kilidi açması mümkün deyil.

 

 

Mif: Polis bir dəqiqəlik telefon danışığı ilə iz tapa bilər.

Həqiqət: Əslində isə bunun üçün saatlarla vaxt lazımdır.

 

 

Mif: Paraşütlə düşən iki nəfər göyün üzündə rahatca söhbət edə bilər.

Həqiqət: Ancaq iki dost heç vaxt küləyin səsindən bir-birini eşitməyəcək.

 

 

Mif: Dayanmış ürəyə defibrillyatorla kömək etmək olar.

Həqiqət:  Ürək dayanıbsa defibrillyator onu təzədən oyada bilməz.

Kateqoriya: Maraqlı | Baxış Sayı: 440 | | Reytinq: 0.0/0
...

XƏBƏRƏ REAKSİYA BİLDİRİN

Похожее изображение------------>İNSTAGRAM SƏHİFƏMİZİ İZLƏYİN<-------------Похожее изображение

Facebook Sehifemizi Beyenin

Widget is loading comments...
...
uCoz