Əsas » 2018 » Yanvar » 4 » Dövlət rəsmiləri Fərhad Bədəlbəylinin yubileyinə yığışdı - fotolar
17:39
Dövlət rəsmiləri Fərhad Bədəlbəylinin yubileyinə yığışdı - fotolar

Dövlət rəsmiləri Fərhad Bədəlbəylinin yubileyinə yığışdı - fotolar

M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında xalq artisti, professor Fərhad Bədəlbəylinin 70 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.

Xebervar.biz   Axşam.az-ın məlumatına görə, tədbirdə dövlət və hökumət nümayəndələri, elm, mədəniyyət və incəsənət xadimləri iştirak ediblər.

Solistlər Fərhad Bədəlbəyli, Yeganə Axundova, Murad Hüseynov, Murad Adıgözəlzadə olan gecədə xalq artisti, dirijor Yalçın Adıgözəlovun rəhbərliyi ilə Ü.Hacıbəyli adına Azərbaycan Dövlət simfonik orkestri çıxış edib.

Konsert proqramında Corc Qerşvin fortepiano və orkestr üçün konsert, Pablo Maskanyinin “Kənd namusu” operasından “Payız gülləri”, Fransis Pulenkin iki fortepiano və orkestr üçün konserti, Sergey Raxmaninovun iki fortepiano üçün 2 saylı süita əsərləri səsləndirilib.

Tamaşaçılar tərəfindən maraqla qarşılanan konsertdə ən yaddaqalan məqam yubilyarın həm də dirijor kimi səhnəyə çıxması olub.
 

 

 

 

 

 

 

 

 

Kateqoriya: Gündəm | Baxış Sayı: 75 | | Reytinq: 0.0/0
...

XƏBƏRƏ REAKSİYA BİLDİRİN

Похожее изображение------------>İNSTAGRAM SƏHİFƏMİZİ İZLƏYİN<-------------Похожее изображение

Facebook Sehifemizi Beyenin

Widget is loading comments...
...
uCoz