Əsas » 2018 » Yanvar » 5 » Bu qızın qatilini də Xoşqədəm tapıb - 20 il sonra həbs edildi (VİDEO)
14:16
Bu qızın qatilini də Xoşqədəm tapıb - 20 il sonra həbs edildi (VİDEO)

Bir neçə gün əvvəl daxili işlər və prokurorluq orqanlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində 20 il əvvəl törədilmiş qətl hadisəsinin üstü açılıb.

Ötən il dekabrın 26-da Masallı rayonunun Yeni Zuvand kənd sakini Stəkan Məmmədova 1997-ci ildə Tatyan kənd sakini Vüqar İsayevin onun qızı Bahar Məmmədovanı evlənmək məqsədilə qaçıraraq Rusiya Federasiyasına aparması, lakin sonradan Vüqar kəndə qayıtsa da övladından heç bir xəbər olmaması barədə Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edib.

Xebervar.biz  Baku.ws-a istinadən məlumatına görə, sonuncu müraciətdən 4 il əvvəl, yəni 2013- cü ildə qızın ailəsi Xoşqədəm Hidayətqızının “Səni axtarıram” verilişində qonaq olub. Həmin verilişdə aparılan araşdırmalar nəticəsində bu məsələdə cinayət izinin olduğu vurğulanıb. 

Bahar Məmmədovanın ailəsinə qızının uzun illər Moskvanın Arxangelski şəhərində yaşadığı deyilsə də, bunun yalan olduğu üzə çıxıb. Onu qaçıran Vüqar İsayevin isə Moskvaya tək getdiyi məlum olub. Günlərin birində Arxangelskidən qızın öldürüldüyünə dair məktub gəlsə də, verilişin araşdırması nəticəsində həmin məktubun əslində Masallıdan göndərildiyi məlum olub.

V. İsayevin həmçinin hərbi xidmətdən yayınmaq məqsədilə Arxangelski gəldiyini qardaşı Mübarizin Rusiyadakı xanımı da “Səni axtarıram” verilişinə açıqlamasında qeyd edib.

O, Masallıda olarkən də hərbi xidmətdən yayınmaq üçün Baharı özünə çıxış yolu hesab edib. 

Verilişdə o da açıqlanıb ki, V. İsayev Arxangelskidə iki nəfəri öldürüb və 13 il həbsə məhkum edilib. 

Qeyd edək ki, ötən il hüquq-mühafizə orqanlarının və prokurorluğun araşdırmasına əsasən V.İsayevin 1997-ci ilin oktyabr ayında Bahar Məmmədovanı evlənmək məqsədilə qaçırdıqdan sonra Şıxlar kəndinin ərazisindəki meşə zolağına aparması, aralarında baş verən münaqişə zəminində Baharın boynunu qıraraq onu qəsdən öldürməsi, çuxurda basdıraraq üzərinə daş və qaya parçaları yığması, beş ay müxtəlif ünvanlarda gizləndikdən sonra Rusiya Federasiyasının Arxangelsk şəhərinə getməsi müəyyən edilib.

Məlumatda V.İsayevin 2005-ci ildə Rusiya Federasiyasının ərazisində də qətl hadisəsi törədərək uzun müddətə azadlıqdan məhrum edildiyi, cəzasını çəkdikdən sonra isə 2017-ci ilin dekabrın 25-də Masallıya qayıtdığı qeyd edilib.

Kateqoriya: Gündəm | Baxış Sayı: 115 | | Reytinq: 0.0/0
...

XƏBƏRƏ REAKSİYA BİLDİRİN

Похожее изображение------------>İNSTAGRAM SƏHİFƏMİZİ İZLƏYİN<-------------Похожее изображение

Facebook Sehifemizi Beyenin

Widget is loading comments...
...
uCoz