Əsas » 2018 » Yanvar » 4 » Bu deputatlar AŞPA nümayəndə heyətindən çıxarıldı
12:43
Bu deputatlar AŞPA nümayəndə heyətindən çıxarıldı

Bu deputatlar AŞPA nümayəndə heyətindən çıxarıldı

Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin tərkibində dəyişiklik edilib.

Xebervar.biz  Modern.az-a istinadən xəbər verir ki, Milli Məclisin bir neçə deputatı Azərbaycanın qurumdakı nümayəndə heyətinin tərkibindən çıxarılıb.

Bundan əvvəl Azərbaycanın AŞPA-dakı 12 nəfərlik nümayəndə heyətinə Səməd Seyidov, Qənirə Paşayeva, Fazil Mustafa, Sabir Hacıyev, Sahibə Qafarova, Sevinc Fətəliyeva, Elxan Süleymanov, Rəfael Hüseynov, Rövşən Rzayev, Müslüm Məmmədov, Elşən Musayev, Vüsal Hüseynov daxil idi.

AŞPA-dakı nümayəndə heyətinin tərkibindən çıxarılan deputatlardan birincisi Elxan Süleymanovdur, digər iki deputat isə Müslüm MəmmədovlaElşən Musayevdir.

Qeyd edək ki, 77 yaşlı Elxan Süleymanov son zamanlar nə Milli Məclisin komitə iclaslarına, nə də iclaslara qatılırdı. Həm yaşı, həm də səhhəti nəzərə alınaraq, o, nümayəndə heyətinin tərkibindən uzaqlaşdırılıb.

Baxış Sayı: 96 | | Reytinq: 0.0/0
...

XƏBƏRƏ REAKSİYA BİLDİRİN

Похожее изображение------------>İNSTAGRAM SƏHİFƏMİZİ İZLƏYİN<-------------Похожее изображение

Facebook Sehifemizi Beyenin

Widget is loading comments...
...
uCoz