Əsas » 2018 » Yanvar » 9 » “Biz bunun nəyinə pul vermişik?” - Reklamı güclü, özü zəif...
16:18
“Biz bunun nəyinə pul vermişik?” - Reklamı güclü, özü zəif...

 

“Biz bunun nəyinə pul vermişik?”

Bir müddətdir ki, Azərbaycanda ard-arda komediya filmləri çəkilib. Həmin kinolarda tanınmış sənətçilər də yer alıb.  Amma nədənsə, həmin ulduzların məşhurluğu filmin reytinqinə təsir etmir. Belə ki, son aylar çəkilən filmlərlə bağlı rəylərə nəzər salsaq hamısının uğurlu olmadığını görmək olur. Həmin filmlər sırasına “Tayson”, “Qız qaçırtma”, “Təhmin və Zaur”, “Yanlış anlama”, “Gecə qonağı 2” və s daxil edə bilərik. 

Xebervar.biz “Qafqazinfo ” ya isdinaden məşhurların yer aldığı, lakin tənqid olunan filmlərlə bağlı peşəkarların fikirlərini öyrənib

Azərbaycanın əməkdar incəsənət xadimi, kinoşunas Ayaz Salayev bildirib ki, son aylarda təqdimatı olan filmlərə baxmayıb:

“Son zamanlar təqdim olunan kommersiya filmlərindən xəbərim yoxdur. Düzdür, mütəxxəsis kimi baxmalıyam. Amma vaxtım yoxdur. Baxmadığım bir şeylər haqqında heç nə deyə bilmərəm. Əvvəlcə baxaram, sonra görərəm ki, mən tərəfindən müzakirə edilə bilər, ya yox. Birinin adını eşitmişəm, “Kəklik”dir, ya “Kəklikotu”dur. Daha sonra “İkinci Pərdə” barədə mənə məlumat veriblər. Amma baxmamışam”. 

Xalq artisti, kinoşunas Həmidə Ömərova “Qafqazinfo”ya deyib ki, indiki dövrdə qazanc naminə çəkilən filmlər daha çoxdur:

“Uzun müddət kino sahəsində durğunluq idi, filmlərimizin sayı azalmışdı. İndi kinomatoqrafiya inkişaf edir, xüsusilə kommersiya məqsədli layihələrin sayı artıb. Kommersiya filmlərinin iki qolu var- Dedektiv və komediya filmləri.Səviyyələri barədə mən danışmaq istəmirəm. Çünki aralarında uğurlu olanları var. 

Tamaşaçı auditoriyasını inkişaf etdirmək kinonun səviyyəsindən asılıdır. İstəyirəm ki, ciddi ekran əsərləri kommersiya uğuru qazansın. Tamaşaçı istirahət vaxtlarını səmərəli keçirmək üçün onlarda problem qaldırmayan, xoş əhval-ruhiyyə verən filmlərə baxır. Təbii haldır. Səviyyəsiz komediya filmləri arasında bir-ikisini yaxşı hesab etmək olar. Tələsik, pul qazanmaq naminə çəkilən komediyalardan bədii səviyyə gözləmək mənasızdır. 

Aralarında bir neçəsi uğurludur. Özüm indi serialda rol alıram. Çox vaxtım olmur ki, filmləri izləyim. “Xoxan”, “Naxox”, “Qızqaçırtma”ya baxmışam. Rüfət Şahbazovun “Qızqaçırtma” filmində aktyor seçimi xoşuma gəldi. Kommersiya uğuru qazanan kinodur. Amma elə filmlər olur ki, onlar üçün kinoteatra gedirik. Adlarını çəkmək belə istəmirəm. Oğlum baxanda telefonla oynayıb. Zalda olan bir neçə nəfər təəccüblə bir-birilərinə baxırdılar. Düşünürdülər ki, biz bunun nəyinə pul vermişik? Biz heç onların danışdıqlarının mənasını anlamırdıq. Ya bizdə, ya da onlarda problem var idi. Tamaşaçı hər zaman gördüyü simaların sifətinə baxıb gülür, başqa heç nə”. 


Kinorejissor Tahir Tahiroviç (Əliyev) isə kinoteatrlarda tamaşaçı qıtlığı hiss olunmadığını söyləyib:

“Düşündüyüm qədər kinoteatrlarda üstünlük komediya janrında olan filmlərə verilir və tamaşaçı qıtlığı hiss olunmur. Ola bilər ki, kino təndiqçiləri müəyyən yazılar dərc edirlər. O demək deyil ki, bu filmlərin hamısı pis vəziyyətdədir. Sadəcə olaraq Azərbaycan kino tənqidçilərindən bir neçəsi rejissorlardan daha yaxşı və fundamental filmlər gözləyirlər. Belə kinolar çəkilmir və tənqidi yazılar yazılır. Kommersiya xarakterli filmlər olduğu üçün onların ssenarisini daha fundamental olmağını gözləməyə ehtiyac yoxdur.

Düzdü, komediyanın özü də ciddi janrdır.  Amma melodrama, tarixi janrda çəkilən filmlərə tamaşaçı gələcəkmi? Müəmmalı məsələdir. Çünki kinoya pul yatıran adam xəyallarla yaşamaq istəmir. Tutaq ki, 100-200 min layihəyə pul qoyub və ondan sərmayə gözləyir. Ona desən ki, otur, H. Cavid, M.Müşviqdən film çək, pul qazanacaqsan. Buna o, arxayın ola bilməz. Nəğd bilirlər ki, Azərbaycan tamaşaçısı gəlib baxacaq. Tamaşaçı daha çox gülməyə gəlir. Yaş etibarı ilə nəzər salsaq, 45 yaşdan yuxarı vətəndaşlar ümumiyyətlə kinoteatrlara gəlmirlər”.

Bundan əlavə, Nizami Kino Mərkəzinin mətbuat xidmətinin rəhbəri Arzu Əhədova isə son zamanlar ən çox “Qız qaçırtma” filminə baxıldığını bildirib:

“Ümumiyyətlə, son təqdim olunan filmlər arasında “Qız qaçırtma” tamaşaçı sevgisi qazana bilib. Hətta, hər zaman izləyici tərəfindən bəyənilən türk filmlərini belə keçib.  Məsələn, Barış Arduçun rol aldığı “Mutluluk zamanı” filmi ilə “Qız qaçırtmanı” müqayisə etsək, yerli filmi izləyənlər daha çoxdur. Ümumi isə “Ayla” filmi kino teatrda ən çox baxılan ekran işidir. İndi yeni “Tayson” filminin premyerası oldu. Ancaq izləyici sayı çox deyil. Bundan başqa, “İkinci Pərdə” filminə də xeyli sayda tamaşaçı baxıb”. 

 

Kateqoriya: Maraqlı | Baxış Sayı: 311 | | Reytinq: 0.0/0
...

XƏBƏRƏ REAKSİYA BİLDİRİN

Похожее изображение------------>İNSTAGRAM SƏHİFƏMİZİ İZLƏYİN<-------------Похожее изображение

Facebook Sehifemizi Beyenin

Widget is loading comments...
...
uCoz