Əsas » 2018 » Yanvar » 10 » "Binanın bu hissəsini apardı" - Yevlax və Oğuzda güclü külək - VİDEO - FOTO
19:29
"Binanın bu hissəsini apardı" - Yevlax və Oğuzda güclü külək - VİDEO - FOTO

Son günlər davam edən güclü külək fəsadsız ötüşməyib.

Xebervar.Biz ARB TV-yə istinadla xəbər verir ki, Oğuz və Şəkidə isə fəsadlar daha çox müşahidə olunub.

Şəkidə daha çox ziyan dağ ətəyində yerləşən evlərə dəyib. Baş Kəldəh və Oraban kəndlərinin sakinləri bir anda başlayan güclü küləyin qarşısında aciz qaldıqlarını bildirirlər. Külək 10-a yaxın evə ziyan vurub. 4 ev isə daha çox təbii fəlakətdən ziyan çəkib.

Küləyin təsirindən Oğuz rayon mərkəzində və Calut kəndində daha çox dağıntılar olub. 16 ailənin məskunlaşdığı binanın dam örtüyü tamamilə dağılıb. Rayonun Calut kəndində ilkin məlumata əsasən 11 ailəyə məxsus yaşayış və köməkçi binalarda külək dağıntılar törədib.

Sakin: "Baxdıq ki, buralar dağılır. Bir az keçdi gördük ki, yenə dağıdır külək".

Sakin: "Külək dəhşətli dərəcədə davam edərək burulğana çevrildi. Sonra da binanın bu hissəsini götürüb apardı".

Faktla əlaqədar Rayon Fövqalədə Hallar komissiyasının tapşırığı ilə bir sıra xidmət müəssisələri gücləndirilmiş iş rejiminə keçib. Fəsadların aradan qaldırılmasına başlanılıb.

Kateqoriya: Gündəm | Baxış Sayı: 193 | | Reytinq: 0.0/0
...

XƏBƏRƏ REAKSİYA BİLDİRİN

Похожее изображение------------>İNSTAGRAM SƏHİFƏMİZİ İZLƏYİN<-------------Похожее изображение

Facebook Sehifemizi Beyenin

Widget is loading comments...
...
uCoz