Əsas » 2017 » Dekabr » 31 » Bakının məşhur supermarketlər şəbəkəsinin başı dərddə
19:43
Bakının məşhur supermarketlər şəbəkəsinin başı dərddə

"Araz Supermarket" MMC barəsində inzibati xəta haqqında iş başlanılıb.

XeberVar.Biz "Report"a istinadən bildirir ki, MMC barəsində İnzibati Xətalar Məcəlləsinin 430.4-cü (Avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir) maddəsi ilə başlanılmış işə Nəsimi Rayon Məhkəməsində baxılıb.

Məhkəmə iş üzrə icraata xitam verib.

Həmin qərardan narazı qalan Maliyyə Bazarlarına Nəzarət Palatası apellyasiya şikayəti verib. Şikayət Bakı Apellyasiya Məhkəməsində araşdırılır.

Kateqoriya: İqtisadiyyat | Baxış Sayı: 376 | | Reytinq: 0.0/0
...

XƏBƏRƏ REAKSİYA BİLDİRİN

Похожее изображение------------>İNSTAGRAM SƏHİFƏMİZİ İZLƏYİN<-------------Похожее изображение

Facebook Sehifemizi Beyenin

Widget is loading comments...
...
uCoz