Əsas » 2018 » Yanvar » 20 » Bakının mərkəzində binada yanğın - Sakinlər təxliyə olundu - YENİLƏNİB - VİDEO
13:20
Bakının mərkəzində binada yanğın - Sakinlər təxliyə olundu - YENİLƏNİB - VİDEO

12:17

Bakının mərkəzində baş verən yanğın söndürülüb.

xebervar.biz Trend-ə istinadən bildirir ki, hadisə yerinə cəlb edilən yanğınsöndürmə briqadasının əməkdaşı jurnalistlərə açıqlamasında bildirib ki, yanğın başlayan sahə ümumilikdə 2000 kvadratmetri əhatə edib: "Hadisə nəticəsində 250 kvadratmetr sahə yanıb. Yanğın tam söndürülüb və xəsarət alan olmayıb. Hadisə yerinə 13 yanğınsöndürmə briqadası cəlb edilib".

-----------

11:08

Səhər saatlarında "Azneft" meydanı tərəfdə yaşayış binasında baş verən yanğın lokallaşdırılıb.

xebervar.biz bildirir ki, bu barədə Trend-ə Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətində İdarəetmə Mərkəzindən məlumat verilib.

Məlumata görə, yanğın yaşayış binasının damında başlayıb.

Hadisə ilə bağlı bina sakinlərinin təxliyyə edilmədiyi və yanğın nəticəsində xəsarət alanların olmadığı bildirilib.

-----------

10:17

Bakıda yaşayış binasında yanğın davam edir.

Xebervar.biz APA-ya istinadən xəbər verir ki, yanğının söndürülməsi üçün hadisə yerində 10-dan çox yanğınsöndürən maşın işləyir.

Hadisə yerinə təcili tibbi yardım maşını da cəlb olunub.

Külək yanğının qarşısının alınmasına çətinliklər yaradır.

Sakinlər binadan təxliyə olunub.

-------

09:11

Bakıda yaşayış binasında yanğın başlayıb.

xebervar.biz APA-ya istinadən xəbər verir ki, hadisə "Azneft" meydanı yaxınlığında beşmərtəbəli yaşayış binasının dam örtüyündə qeydə alınıb.

Hadisə yerinə yanğınsöndürənlər cəlb olunub.

Alovun qarşısının alınması üçün tədbirlər görülür.

Kateqoriya: Gündəm | Baxış Sayı: 313 | | Reytinq: 0.0/0
...

XƏBƏRƏ REAKSİYA BİLDİRİN

Похожее изображение------------>İNSTAGRAM SƏHİFƏMİZİ İZLƏYİN<-------------Похожее изображение

Facebook Sehifemizi Beyenin

Widget is loading comments...
...
uCoz