Əsas » 2018 » Yanvar » 15 » Bakıda barda dava, qızlar bıçaqlandı
11:28
Bakıda barda dava, qızlar bıçaqlandı

Bakıda barda dava, qızlar bıçaqlandı

 

Gecə saatlarında paytaxtda gənclər arasında kütləvi dava olub.

Xebervar.biz “qafqazinfo” ya istinadən xəbər verir ki, Bakının Nizami rayonu, 8-ci kilometr qəsəbəsindəki gecə klublarından birində qeydə alınmış dava zamanı 5 nəfərə bıçaqla xəsarət yetirilib.

Mübahisənin qız üstündə yarandığı deyilir. Nəticədə gənclərin mübahisəsi əlbəyaxa davaya çevrilib. Bıçaq xəsarətləri alanlar isə 30 yaşlı Əsədova Esmira Telman qızı, 1990-cı il təvəllüdlü Mirzəyeva Türkanə Teymur qızı və 1987-ci il təvəllüdlü Eyvazov Əfqan Həsrət oğludur. Yaralılar 3 saylı Şəhər Klinik Xəstəxanasına, daha 2 nəfər isə özəl klinikalardan birinə çatdırılıb.

İnsidentin təfərrüatlarını Nizami RPİ-nin istintaqçıları araşdırır. Adları açıqlanmasa da, hadisədə artıq 3 nəfərin saxlanıldığı bildirilir.  

 

 

Kateqoriya: Gündəm | Baxış Sayı: 249 | | Reytinq: 0.0/0
...

XƏBƏRƏ REAKSİYA BİLDİRİN

Похожее изображение------------>İNSTAGRAM SƏHİFƏMİZİ İZLƏYİN<-------------Похожее изображение

Facebook Sehifemizi Beyenin

Widget is loading comments...
...
uCoz