Əsas » 2018 » Yanvar » 19 » Bakıda banka basqın - Silahlı quldur cinayət başında tutuldu - FOTO
12:07
Bakıda banka basqın - Silahlı quldur cinayət başında tutuldu - FOTO

Xebervar.biz Milli.Az-a istinaden bildirir ki, yanvarın 18-də vətəndaşların həyatı üçün təhlükə törədən silahlı şəxs paytaxtın Yasamal rayonu ərazisindəki banklardan birinə quldurluq yolu ilə basqın edib.

Yasamal Rayon Mühafizə İdarəsinin əməkdaşları tərəfindən qorunan banklardan birinin Yasamal filialından Mərkəzi Mühafizə Məntəqəsinə "həyəcan" siqnalı daxil olub. İdarənin əməkdaşları dərhal operativ reaksiya göstərərək hadisə yerinə çıxıb və quldurluq yolu ilə banka basqın edərək xəzinədarı bıçaqla hədələyib pul tələb edən şəxs tərksilah edilərək tutulub.

 

Saxlanılan şəxsdən hadisə vaxtı istifadə etdiyi bıçaq da götürülüb və o, ərazi üzrə Yasamal Rayon Polis İdarəsinin 27-ci Polis Bölməsinə təhvil verilib. Bölmədə araşdırma aparılan zaman həmin şəxsin paytaxt sakini Nazim Məmmədov olduğu müəyyən edilib.

Saxlanılan şəxsin ətrafında araşdırmalar və zəruri istintaq tədbirləri davam etdirilir.                                                                                                                                                                                           

Kateqoriya: Gündəm | Baxış Sayı: 114 | | Reytinq: 0.0/0
...

XƏBƏRƏ REAKSİYA BİLDİRİN

Похожее изображение------------>İNSTAGRAM SƏHİFƏMİZİ İZLƏYİN<-------------Похожее изображение

Facebook Sehifemizi Beyenin

Widget is loading comments...
...
uCoz