Əsas » 2018 » Yanvar » 12 » Bakı metrosunda daha bir nəfər özünü öldürdü - ADI AÇIQLANDI - YENİLƏNİB
11:30
Bakı metrosunda daha bir nəfər özünü öldürdü - ADI AÇIQLANDI - YENİLƏNİB

 

Bu gün Bakı metrosunda özünü qatarın altına atan şəxs xəstəxanada vəfat edib. Xebervar.biz lent.aza xəbər verir ki, "Qara Qarayev" metro stansiyasında özünü qatarın altına atan və ağır vəziyyətdə reanimasiyaya yerləşdirilən 1971-ci il təvəllüdlü Cəmilov Cəmil Qulam oğlu vəfat edib.

 

Bildirilir ki, hadisə "Həzi Aslanov" stansiyasından "Dərnəgül"ə gedən, 28 saylı marşrut üzrə hərəkət edən qatar “Qara Qarayev” metrostansiyasına daxil olanda baş verib. Həmin şəxs özünü qatarın altına atmaq istəyib. Lakin son anda fikrindən daşınıb və geri çəkilib. Qatar həmin şəxsi vuraraq platformaya atıb, intihara cəhd edən şəxs relslərin üzərinə düşməyib.

 

Faktla bağlı Nizami rayon Prokurorluğunda araşdırmalara başlanılıb.

 

*****

 

10:03

 

Bakı metrosunda intihara cəhd olub.  xəbər verildiyi  kimi səhər saatlarında "Qara Qarayev" metro stansiyasında 50-60 yaşlı kişi özünü qatarın altına atıb. O, ağır vəziyyətdə xəstəxanaya aparılıb. Xəstəxanadan  bildirilib ki, ağır vəziyyətdə reanimasiyaya yerləşdirilən şəxs 1971-ci il təvəllüdlü Cəmilov Cəmil Qulam oğludur.

 

Bakıl Metropoliteninin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev bildirib ki, hadisə "Həzi Aslanov" stansiyasından "Dərnəgül"ə gedən, 28 saylı marşrut üzrə hərəkət edən qatar “Qara Qarayev” metrostansiyasına daxil olanda baş verib. Həmin şəxs özünü qatarın altına atmaq istəyib: “Lakin qatar həmin şəxsi vuraraq platformaya atıb, intihara cəhd edən şəxs relslərin üzərinə düşməyib. Hadisə yerinə dərhal təcili tibbi yardım çağırılıb”. 

Kateqoriya: Maraqlı | Baxış Sayı: 545 | | Reytinq: 0.0/0
...

XƏBƏRƏ REAKSİYA BİLDİRİN

Похожее изображение------------>İNSTAGRAM SƏHİFƏMİZİ İZLƏYİN<-------------Похожее изображение

Facebook Sehifemizi Beyenin

Widget is loading comments...
...
uCoz