Əsas » 2018 » Yanvar » 17 » Bəstəkar Vasif Məhərrəmlini məhkəməyə verir - oğurluq edib
12:20
Bəstəkar Vasif Məhərrəmlini məhkəməyə verir - oğurluq edib

Bəstəkar Çingiz Əliyev əməkdar artist Vasif Məhərrəmlini məhkəməyə verib.

Xebervar.biz axşam.az-ın məlumatına görə, bəstəkar müğənnini oğurluqda ittiham edib.

Ç.Əhmədov "Bizimləsən" verilişində bildirib ki, Məhərrəmli mahnıda icazəsiz dəyişiklik edərək öz adına çıxıb:

“Çimnaz xanım” mahnısını yazmışam. Dəyişdirib, edib “Ay xanım” və özününkü kimi təqdim edir. Onun bu dəyişikliyə ixtiyarı yoxdur. Bunun üçün məndən icazə almalıydı. Dekabrın 28-də Vasifə zəng etdim, dedim. Amma qayıtdı ki, mahnına ikinci həyat vermişəm, mənə minnətdar ol. Axı mahnıda Çimnaz adı yoxdur. Vasif məni saysaydı, zəng etsəydi, heç nə deməzdim. Hətta mahnını duet etdirəcəkdim. Vasif üç adama ziyan vurub. Bu ziyanı ödəməlidir”.

"Ona zəng etdim ki, sizin mahnınızı oxuyacam. Qayıtdı ki, Çingiz Balaxanının mahnısıdır. Sonra yenidən zəng vurdu ki, sizi məhkəməyə verəcəm. Cavab verdim ki, get ver. Sonra müəllif hüquqlarından zəng etdilər ki, səndən şikayət var. Kişi fəxr etsin ki, mahnısını oxudum. Yaddan çıxmış mahnıdır" deyə, Məhərrəmli söyləyib.

Kateqoriya: Şou Biznes | Baxış Sayı: 182 | | Reytinq: 0.0/0
...

XƏBƏRƏ REAKSİYA BİLDİRİN

Похожее изображение------------>İNSTAGRAM SƏHİFƏMİZİ İZLƏYİN<-------------Похожее изображение

Facebook Sehifemizi Beyenin

Widget is loading comments...
...
uCoz