Əsas » 2018 » Yanvar » 9 » 1 saat 1 dəqiqə... yazıb özünü dənizə atdı - FOTOLAR
12:25
1 saat 1 dəqiqə... yazıb özünü dənizə atdı - FOTOLAR

Dünən axşam saatlarında Bakı bulvarında özünü dənizə ataraq intihar edən 21 yaşlı Məlik Cahangirovla bağlı bəzi məqamlar üzə çıxıb .Xebervar.biz  Lent.az a isdinaden  xəbər verir ki, Lerik rayon sakini olan Məlik Cahangirovun Bakıda yaşadığı və Azərbaycan Pedoqoji Universitetinin tələbəsi olduğu məlum olub. 

 

Həm də Məlik Cahan imzası ilə şeirlər yazan gənc oğlan şairlər arasında tanınmağa başlayıbmış. O, intihar etməzdən bir neçə saat əvvəl feysbuk səhifəsində ölümlə bağlı şeir paylaşıb. Daha sonra bulvara gedən Məlik tələbə biletini və şəxsiyyət vəsiqəsini sahildə qoyaraq özünü dənizə atıb.

 

M.Cahangirov feysbuk səhifəsində 2 gün əvvəl intihar edəcəyi saatı dəqiq yazıb. O, bir müddət imiş ki, gərgin psixoloji vəziyyətinin siqnallarını verirmiş.

 

APA-nın məlumatına görə, 1995-ci il təvəllüdlü Məlik Nizaməddin oğlu Cahangirovun meyiti ötən gecə Bulvar ərazisində tapılaraq sudan çıxarılıb. Faktla bağlı Səbail rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.  

 

İntihar edən tələbənin bəzi fotolarını və son şeirini təqdim edirik:

 

*****

 

8 yanvar 19:42

 

Bakıda dənizə düşən şəxsin intihar etdiyi bildirilir.

 

APA-nın hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, Lerik rayonundan olan 21 yaşlı Məlik Cahangirov intihar etməzdən əvvəl şəxsiyyət vəsiqəsini və tələbə biletini sahildə qoyub.

 

Hazırda onun axtarışları davam etdirilir.

 

 

 

*****

 

17:45

 

 

Dənizkənarı Milli Park ərazisində bir nəfər dənizə düşüb.

 

APA-nın məlumatına görə, hadisə “Yaxt Klub”a yaxın ərazidə qeydə alınıb. Dənizə düşən kişinin kimliyi hələlik açıqlanmır. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin xilasediciləri gəlib.

 

Hadisənin intihar və ya bədbəxt hadisə olub-olmadığı məlum deyil.

 

Araşdırma aparılır. 

+8

Kateqoriya: Gündəm | Baxış Sayı: 87 | | Reytinq: 0.0/0
...

XƏBƏRƏ REAKSİYA BİLDİRİN

Похожее изображение------------>İNSTAGRAM SƏHİFƏMİZİ İZLƏYİN<-------------Похожее изображение

Facebook Sehifemizi Beyenin

Widget is loading comments...
...
uCoz